Tbilisinin mərkəzi etirazçılardan təmizlənir

30.11.2024

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Tbilisidə keçirilən kütləvi aksiya dağıdılır.

Teleqraf.com xəbər verir ki, polis qüvvələri etirazçıları davamlı olaraq dağılışmağa çağırır.

Hazırda xüsusi texnikalar vasitəsilə Rustaveli prospekti etirazçılardan təmizlənir.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, mitinq iştirakçıları polis əməkdaşlarını şifahi və fiziki təhqir ediblər, onların tərəfinə müxtəlif əşyalar və pirotexniki vasitələr atıblar. Qeyd olunub ki, nəticədə iki polis nəfəri xəsarət alıb.

Aksiya zamanı xəsarət alan və saxlanılan etirazçıların dəqiq sayı hələ məlum deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью