Tbilisinin mərkəzində geyim bazarı yanır

30.04.2025

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Tbilisinin mərkəzində qədim geyim bazarı yanır.

Bu barədə Rustavi 2 məlumat yayıb.

“Hazırda stansiya meydanında güclü yanğın davam edir… Yanğınsöndürmə-xilasetmə xidmətləri və qəza-xilasetmə xidmətləri səfərbər edilib”, – məlumatda deyilir.

Əməliyyat məlumatlarına əsasən, yanğın nəticəsində xəsarət alan olmayıb.

Yanğının elektrik naqillərindəki nasazlıqlar səbəbindən baş verdiyi ehtimal edilir.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью