Azertag saytına istinadən Icma.az xəbər verir.
Tbilisi, 6 iyul, AZƏRTAC
Gürcüstanda yağan güclü leysan yağışları ölkə ərazisində və paytaxtda ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, paytaxt Tbilisinin mərkəzində Vaja-Pşavela metro stansiyasının yaxınlığında torpaq sürüşməsi baş verib.
Güclü yağış nəticəsində Didi Diqomi, Aqmaşenebeli xiyabanı və Qldani də daxil olmaqla küçələr su altında qalıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi