Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

14.06.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 14 iyun, AZƏRTAC

Tbilisinin mərkəzindəki Avlabari küçəsində yaşayış binasında güclü yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadası və bir neçə təcili yardım qrupu səfərbər olunub.

Məlumata görə, bir nəfər xəsarət alıb, vətəndaşları təxliyə edilib. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью