TBMM sədri: Türk dünyasının inkişafı qlobal sülhə təhdid deyil

18.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

“Türk dünyasının inkişafı qlobal sülhə təhdid deyil”.


APA xəbər verir ki, bunu TBMM sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarova ilə ortaq mətbuat konfransında deyib.


TBMM sədri bildirib ki, türk dünyasının inkişafı üçün Azərbaycanın mühüm töhfələri var: “Cənubi Qafqazda davamlı sülhə nail olunması üçün addımlar atılmalıdır. İçində olduğumuz bu coğrafiyanın sülhə ehtiyacı var.

O qeyd edib ki, iki ölkə arasındaki münasibətlər Azərbaycanın 44-günlük müharibədəki zəfərindən, Şuşa bəyannaməsinin imzalanmasından sonra bütün sahələrdə daha dərindən inkişaf edir.

N. Kurtulmuş onu da qeyd edib ki, ölkəsi hər zaman sülhə nail olma səyləri dəstəkləyir.
Firuzə Vahid
Tural Əsədi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью