Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında bu gün Azərbaycanın bir cüdoçusu mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, Zelim Tçkayev (81 kq) tatami üzərinə çıxacaq.
O, Pavel Jimal (Polşa) / Tsyanqnan Van (Çin) cütünün qalibi ilə 1/16 finalda üz-üzə gələcək.
Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.
Cüdoçularımızın Xorvatiyadakı təlim-məşq toplanışı başa çatıb - FOTO Daha 2 cüdoçumuz dünya çempionatında mübarizəyə qoşulacaq Ne-vaza üzrə ACF Kuboku keçiriləcək Cüdoçularımız dünya çempionatının ilk gününü medalsız başa vurublar 3 cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır