Tçuameni Fransa millisinin iki oyununu buraxa bilər

10.11.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa millisinin yarımmüdafiəçisi Orelyen Tçuameni yığmanın məşqi zamanı zədələnib.

İdman.Biz “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, futbolçu hazırlıq prosesini yarımçıq dayandırmalı olub.

Zədənin dəqiq diaqnozunu müəyyənləşdirmək üçün o, yaxın vaxtlarda tibbi müayinədən keçəcək.

Tçuameni UEFA Millətlər Liqasında noyabrın 12-də İtaliya, 15-də isə Türkiyə ilə keçiriləcək görüşləri buraxmaq təhlükəsi ilə üzləşib.

Xatırladaq ki, yarımmüdafiəçi millilərin oyunları ilə əlaqədar əvvəlki fasilədə də Fransa yığmasına kömək edə bilməyib. Həmin vaxt o, DÇ-2026-da bud əzələsindən aldığı zədədən sonra bərpa prosesi keçirdi.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью