Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuralıyev Yeni il münasibətilə türkdilli dövlətləri, o cümlədən Azərbaycanı təbrik edib.
"Report" xəbər verir ki, təbrik mətni təşkilatın saytında dərc olunub.
Qeyd olunub ki, bu ilin ən mühüm hadisələrindən biri Azərbaycanın işğaldan azad olunmuş Şuşa bölgəsində liderlərin qeyri-rəsmi Zirvə Görüşünün keçirilməsi olub: "Şuşa türk dünyası üçün güc və tranformasiya mərkəzinə çevrilib".
K.Ömuralıyev Yeni il münasibətilə bütün türk dünyasına cansağlığı, rifah və sabitlik arzulayıb: "Yeni il üzv dövlətlərə və müşahidəçilərə sülh, rifah və uğur gətirsin".