TDT Baş katibi Azərbaycana təbrik ünvanladı

30.12.2024

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Yeni il münasibətilə türkdilli dövlətləri, o cümlədən Azərbaycanı təbrik edib.

Redaktor.az xəbər verir ki, təbrik mətni təşkilatın saytında dərc olunub.

Qeyd olunub ki, bu ilin ən mühüm hadisələrindən biri Azərbaycanın işğaldan azad olunmuş Şuşa bölgəsində liderlərin qeyri-rəsmi Zirvə Görüşünün keçirilməsi olub: "Şuşa türk dünyası üçün güc və tranformasiya mərkəzinə çevrilib".

K.Ömüralıyev Yeni il münasibətilə bütün türk dünyasına cansağlığı, rifah və sabitlik arzulayıb: "Yeni il üzv dövlətlərə və müşahidəçilərə sülh, rifah və uğur gətirsin".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью