TDT daxilində mühasibat və müstəqil audit qurumu yaradılacaq

30.04.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ankara, 30 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Ankarada işgüzar səfərdə olub.

Palatanın sədri, profesor Vahid Novruzov AZƏRTAC-a bildirib ki, dörd günlük səfər proqramı bir müddət əvvəl Türkiyə Respublıkasının İctımai Nəzarət Audit və Mühasibat Standartları Təşkilatı ilə Azərbaycan Auditorlar Palatası arasında Bakıda imzalanan əməkdaşlıq Sazişınə uyğun həyata keçirilib.

Səfər çərçivəsində təcrübə mübadiləsi, həmçinin Türk Dövlətləri Təşkilatı daxilində mühasibat və müstəqil audit qurumunun yaradılması ilə bağlı atılacaq addımlar əsas müzakirə mövzusu olub. Kadr hazırlığı, keyfiyətə nəzarət və peşə etikasına dair səmərəli fikir mübadiləsi aparılıb.

Türk mütəxəssislərin cari ilin iyun və sentyabr aylarında Bakıya gözlənilən səfərləri zamanı nəzərdə tutulan tədbirlərin reallaşdırılması barədə razılıq əldə edilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью