TDT liderlərinin 12ci sammiti Azərbaycanda keçiriləcək

06.11.2024

Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin 12-ci sammiti Azərbaycanda keçiriləcək.

Manset.az Bişkek Bəyannaməsinə istinadən xəbər verir ki, bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən TDT Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib.

Bəyannaməyə əsasən, təşkilat ölkələrinin liderləri 2025-ci ildə rəsmi sammitin Azərbaycanda və qeyri-rəsmi sammitin isə Macarıstanda keçirilməsini təsdiqləyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью