TDT liderlərinin 12ci sammiti Azərbaycanda keçiriləcək

06.11.2024

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin 12-ci sammiti gələn il Azərbaycanda keçiriləcək.

Publika.az xəbər verir ki, müvafiq qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən TDT Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib.

Bişkek Bəyannaməsinə əsasən, liderlər 2025-ci ildə rəsmi sammitin Azərbaycanda, qeyri-rəsmi sammitin isə Macarıstanda keçirilməsini təsdiqləyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью