TDT nin ortaq təhdidlərə qarşı “polad” iradəsi | Icma.az
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dost və qardaş dövlətlərin yeni təhlükəsizlik arxitekturası qurulur Siyasətdə sözlərin çəkisi onların arxasındakı iradənin gücü və reallığa çevrilmə sürəti ilə ölçülür.
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi təşkilat çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi və birgə hərbi təlimlərin keçirilməsi zərurəti barədəki bəyanatı o zaman bəziləri üçün uzaq perspektivin diplomatik konturları kimi görünürdü.
Lakin bugünün geosiyasi reallığı göstərir ki, həmin sözlər Avrasiyanın güc xəritəsini yenidən cızan konkret fəaliyyət planının anonsu imiş.
Bu gün Mərkəzi Asiyanın poliqonlarında Bakı, Astana, Bişkek, Daşkənd və Düşənbənin xüsusi təyinatlı qüvvələrinin birgə təlimlərə başlaması Zirvə görüşündə səslənən siyasi iradənin polada və barıta çevrilməsinin təcəssümüdür.
Bu, ortaq təhdidlər və strateji zərurət qarşısında polad iradənin doğulmasıdır.
Poliqonlarda səslənən atəş səsləri, əslində, beynəlxalq arenaya yeni güc mərkəzinin daxil olmasının diplomatik siqnalıdır.
Üç mərhələdən ibarət və mürəkkəb proseslər üzrə keçirilən təlimlər öz mahiyyəti etibarilə TDT-nin təkamülündə yeni səhifə açır.
Tam oxu
Xəbəri oxu