TDT nin Şimali Kiprdə iclası keçiriləcək

21.04.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lefkoşada Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının iclası keçiriləcək.

APA xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

Məlumata əsasən, 1-2 may tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində TDT-nin Ağsaqqallar Şurasının 17-ci iclası keçiriləcək.

“Turkiyegazetesi”nin məlumatına görə, iclasın ən mühüm gündəm mövzusu Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kiprdə açdıqları diplomatik nümayəndəliklər olacaq.

Qeyd edək ki, Qazaxıstan, Özbəkistan və Türkmənistan ötən ilin sonlarında Cənubi Kiprə səfirlərini təyin edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью