TDT nin Şimali Kiprdə toplantısı baş tutub

02.05.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şimali Kipr Türk Respublikasının Girnə şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının 17-ci Toplantısı baş tutub. 

Missiya.Az xəbər verir ki, toplantıda TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, TDT-nin baş katibi Kubanıçbek Ömürəliyev, aparıcı qismində ŞKTC Ağsaqqalı İsmayıl Bozkurt iştirak edib.

Bildirilib ki, iclasda həmçinin TDT-nin Ağsaqqallar Şurasının Azərbaycandan olan nümayəndəsi Həsən Həsənov, Qazaxıstandan İkram Adırbek, Qırğızıstandan Apas Cumaqulov, Özbəkistandan Sadıqcan Turdiyev və TDT-nin müxtəlif qurumlarının nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, Türk Dövlətləri Təşkilatı mayın 20-22-də Macarıstanın paytaxtı Budapeştdə qeyri-rəsmi liderlər zirvəsini keçirəcək. 

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью