TDT ölkələri QHT Platforması təsis olunub, sədr seçilib

25.11.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Platforması təsis olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu gün TDT üzvü olan ölkələrin qeyri-hökumət təşkilatları forumu işini Naxçıvanda davam etdirib.

Forumda TDT tarixinə 2009-cu il tarixli “Naxçıvan Sazişi” ilə düşmüş, təşkilat üçün rəmzi məna daşıyan Naxçıvan şəhərində təşkilata üzv ölkələrin QHT-nin Platforması təsis edilib.

Platformaya rəhbərliyi Türk Dövlətləri Təşkilatının indiki sədri kimi Azərbaycan edəcək. Platformada 8 ölkədən qeyri-hökumət təşkilatları birləşib.

Milli Məclisin deputatı Azər Allahverənov Platformanın sədri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью