Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri Şimali Kiprin türk xalqı ilə həmrəyliyini artırmalıdır.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə danışıb.
Dövlət başçısı Türk dövlətlərindən bu istiqamətdə əməli addımlar atacaqlarını gözlədiklərini vurğulayıb:
“Şimali Kiprsiz Türk dünyasını təsəvvür etmək çətindir. Ona görə də qısa müddətdə Şimali Kiprin TDT-yə tamhüquqlu üzv kimi qəbul ediləcəyinə inanırıq”.