TDT ölkələrinin təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib

12.09.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuralarının katiblərinin 4-cü toplantısı keçirilib.

APA xəbər verir ki, bu barədə TDT Baş katibi Kubanıçbek Ömüralıyev özünün “X” hesabında paylaşım edib.

“İclasdakı çıxışımda təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi, stabilliyin möhkəmləndirilməsi və türk dünyasında sülhün təmin olunmasının vacibliyini vurğuladım. Qırğız tərəfinə ev sahibliyinə görə və bütün nümayəndə heyətlərinə regional təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri dəyərli töhfələrinə təşəkkür edirəm”,- Ömüralıyev qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью