TDT: Orta Dəhlizdə yükdaşımanı asanlaşdıracaq layihələr üzərində iş gedir

26.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hazırda Orta Dəhlizdə yükdaşımanı asanlaşdıracaq rəqəmsal layihələr üzərində iş aparılır.

"Report" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.

Onun sözlərinə görə, TDT ölkələrinin təşəbbüsləri nəticəsində Orta Dəhlizdə mühüm nəticələr əldə edilir: "Orta Dəhlizlə yükdaşımaların həcmi getdikcə artır. Bu kontekstdə mən regional inteqrasiyanın əsası olacaq bu dəhlizin cənub hissəsini - Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsini xüsusilə vurğulamaq istəyirəm. Ümumiyyətlə, nəqliyyat sahəsində uğurlu əməkdaşlıq TDT ölkələrinin iqtisadiyyatlarına töhfə verir".

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Orta Dəhlizlə yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63 % artaraq 4,1 milyon tona çatıb. 11 ay ərzində Orta Dəhlizlə konteyner daşımaları 1 il əvvələ nisbətən 2,6 dəfə artaraq 50,5 min TEU təşkil edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью