TDT səhiyyə nazirlərinin Şuşada toplanması qürurverici hadisə idi Teymur Musayev

08.04.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin 4-cü iclasının Şuşa şəhərində keçirilməsi tarixi və qürurverici hadisə idi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Astanada keçirilən TDT üzv dövlətlərin səhiyyə nazirlərinin 5-ci toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunun məntiqi davamı olaraq, Şuşa şəhərində keçirilən 4-cü iclasda Türktransplant Vahid İnformasiya Sisteminin yaradılmasına dair niyyət protokolu imzalanıb.

Nazir donor və resipiyent məlumatlarının sərhədlərarası mübadiləsini nəzərdə tutan Türktransplant Niyyət Protokolunun imzalanmasında göstərilən dəstəyə görə təşəkkür edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью