TDT yə üzv dövlətlər 2026 cı ildə birlikdə peyk istehsal edəcək

08.10.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər 2026-cı ildə birlikdə peyk istehsal edəcək.

Ölkə.az xəbər verir ki, bu barədə təşkilatın Qəbələ Bəyənnaməsində 2025-ci il iyulun 23-də İstanbulda keçirilən ilk iclasın nəticələrinin dəstəkləndiyi ifadə olunub.

Bildirilib ki, TDT bayrağı altında, üzv Dövlətlərin ortaq mütəxəssisliyi və texnoloji gücü sayəsində əldə olunan mühüm bir nailiyyət kimi 2026-cı ildə buraxılması planlaşdırılan 12U TDT-SAT Küp Peykinin istehsalı və buraxılış prosesinin sürətləndirilməsi tapşırığı verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью