TDT yə üzv ölkələrin gömrük sahəsində hədəfləri açıqlanıb | Icma.az
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bir pəncərə" prinsipi Orta Dəhliz boyunca ticarət prosesinin daha səmərəli və şəffaf təşkil edilməsinə şərait yaradır.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Administrasiyaları Rəhbərlərinin X iclasında bildirib.
"Mühüm layihələrdən biri "Sadələşdirilmiş gömrük dəhlizi"dir.
Bu təşəbüs regionda ticarətin genişlənməsi, iqtisadi əlaqələrin möhkəmlənməsi üçün strateji əhəmiyyət daşıyır.
Dəhlizin genişlənməsi mal və nəqliyyat daşımalarının daha qısa müddətdə həyata keçirilməsinə şərait yaradır.
Tətbiq etdiyimiz "bir pəncərə" prinsipi isə mal və nəqliyyat vasitələrinin bir bəyannamə əsasında bir dəhliz boyunca hərəkət etməsinə, məlumatların elektron qaydada mübadiləsinə və əvvəlcədən təqdim edilən bəyannamənin tranzit səbəd kimi istifadəsinə şərait yaradır.
Bu, regionda logistika potensialının artırılması kimi mühüm məqsədlərə xidmət edəcək", - deyə o qeyd edib.
Tam oxu
Xəbəri oxu