TDTnin növbəti sammiti Azərbaycanda keçiriləcək

06.11.2024

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammiti Azərbaycanda keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə qərar TDT Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən 11-ci iclasının yekunları üzrə qəbul edilib.

Beləliklə, TDT ölkələrinin liderləri növbəti sammitin 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı razılığa gəliblər.

Quruma sədrliyin Qazaxıstandan Qırğızıstana keçdiyi iclasın sonunda dövlət başçıları Bişkek Sammitinin Bəyannaməsini imzalayıblar.

TDT ölkələri, həmçinin, gələn il Macarıstanda təşkilatın qeyri-rəsmi sammitinin keçirilməsi barədə razılığa gəliblər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью