Teatr Muzeyində tədbir Zəfərimiz qürurumuzdur!

06.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərimiz qürurumuzdur! ” adlı tədbir keçirilib.

Muzeydən AZƏTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən muzeyin əməkdaşı Fatimə Ağalizadə zəfərə doğru aparan 44 günlük Vətən müharibəsindən danışıb.

Daha sonra tarixi torpaqlarımıza “Böyük Qayıdış”ımızı əks etdirən videoçarxlar nümayiş etdirilib.

Tədbir bədii hissə ilə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью