Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür

24.06.2026

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Xalq artisti Sədayə Mustafayevanın 100 illiyi münasibətilə "Sənətə həsr olunmuş ömür" adlı tədbir təşkil olunub.

Kulis.az xəbər verir ki, tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov çıxış edərək Sədayə Mustafayevanın yaradıcılıq yolundan söhbət açıb, onun milli teatr və kino sənətinə bəxş etdiyi dəyərli incilərdən danışıb.

Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli Sədayə Mustafayeva yaradıcılığından danışıb, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Çıxışlararası aktrisanın oynadığı tamaşalardan, çəkildiyi filmlərdən fraqmentlər göstərilib, şəkillərindən ibarət videoçarx nümayiş etdirilib.

Sonda Sədayə Mustafayevanın nəvəsi - teatrşünas Anar Ərtoğrul Burcəliyev tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Gestapodan son anda qaçırılan çamadan - Kafkanı yox olmaqdan xilas edən böyük sirr "Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur? "Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью