Teatrlar tamaşaçıların rəğbətini QAZANA BİLMİR? | Icma.az
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Ən qədim incəsənət növü olan teatrlar həyatımızın reallığını əks etdirən bir məkandır.
Bəzi insanlar asüdə vaxtlarını səmərəli təşkil etmək üçün əsasən həftə sonları teatrlara üz tuturlar.
Bir qism isə tamaşalardan zövq ala bilmədikləri üçün artıq teatrlara getmək istəmir.Müasir dövrdə teatrlar tamaşaçıların rəğbətini ələ ala bilmir?Mövzu ilə bağlı Bizim.Media-ya danışan gənc rejissor Fuad Cavadzadənin fikrincə, uğursuz tamaşa insanları teatrdan uzaqlaşdırır:“Ölkəmizdə 27 dövlət statuslu teatr var ki, hər bir teatrın özünün öz tamaşaçısı var.
Əslində bu gün teatrlarımız hansı səviyyədə tamaşalar təqdim edirlər - bu müzakirə olunmalıdır.
Sırf repertuarı doldurmaq üçün tamaşalar nümayiş olunmamalıdır.
Elmin, texnikanın inkişaf etdiyi bir vaxtda heç kim iki saatını ayırıb gedib tamaşaya baxmaq istəmir.İndi hər şey onlayındır, bütün sosial platformalardan izləyirlər.
Ona görə tamaşaçını iki saat zalda saxlamaq üçün maraqlı məhsul təqdim edilməlidir. Bu baxımdan teatrların üzərinə böyük bir yük düşür.
Tam oxu
Xəbəri oxu