“Teatrlarda ixtisar yox, dəyişiklik olub” AÇIQLAMA

30.01.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Yaxın zamanlarda dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq. Həmçinin, ləğv olunan ştatlar digər uyğun vəzifələrlə əvəz olunacaq”.

525.az xəbər verir ki, bu sözləri "Azərbaycan mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasının media nümayəndələri üçün təşkil olunan bilgiləndirmə sessiyasında Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanlm Talıbova deyib.

Onun sözlərinə görə, fevral ayının 2-dən etibarən teatrlarda struktur dəyişikliyi qüvvəyə minəcək.

“Boş qalan yerlərə təyinatlar olacaq. Dövlət teatrlarında bir sıra vəzifələr digər vəzifələrlə əvəz olunub. İxtisar olunmayıb. Konkret bir tamaşa, heyət bir rejissorla çalışacaq. Hər bir rejissor kastinq əsasında heyət toplayıb tamaşa hazırlayırsa, burada baş rejissora ehtiyac olmayacaq”, - deyə o əlavə edib.

ŞAHANƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью