Teatrşünas Məryəm Əlizadənin 75 illiyi qeyd olunub

29.04.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Teatr Muzeyində tanınmış teatrşünas, sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadənin 75 illiyinə həsr olunmuş tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova, teatrşünas, sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə Məryəm Əlizadənin yaradıcılığından söz açıblar.

Tədbir çərçivəsində Məryəm Əlizadənin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Əməkdar incəsənət xadimi Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı, eləcə də TÜRKSOY-un medal və diplomu ilə təltif olunub. Həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Səkinə Bağırova Məryəm Əlizadənin portreti əks olunmuş xalçanı yubilyara hədiyyə edib.

Tədbir bədii hissə ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью