Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Mançester Siti”nin İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozması ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, La Liqa prezidenti İngiltərə klubunun uzunmüddətli maliyyə qayda pozuntularına görə ciddi şəkildə cəzalandırılmasını istəyib.
“Dəqiq qaydaları bilmirəm, lakin hesab edirəm ki, Premyer Liqanın bu məsələ ilə bağlı reqlamentində nəzərdə tutulmuş ən ağır cəza tətbiq olunmalıdır. Başqalarına nümunə olacaq bir cəza olmalıdır. Söhbət ata ilə uşaqları arasındakı məsələdən getmir - bu, qaydalara riayət olunmasını təmin etmək üçün verilən bir cəzadır.
10 ildən artıq bir müddətdə qaydaları pozmaq isə - bu pozuntular nə qədər cüzi görünürsə görünsün - çox ciddi məsələdir”, - deyə Tebas bildirib. .
Qeyd edək ki, “Mançester Siti” müstəqil komissiyanın qərarından apellyasiya vermək niyyətindədir. Klubun bunun üçün son tarixi oktyabrın ikisidir, sanksiyanın özü isə ayrıca iclasda müəyyənləşdiriləcək.
Müstəqil komissiya “Mançester Siti”ni 2009/10–2017/18 mövsümləri arasında Premyer Liqanın maliyyə qaydalarının ciddi şəkildə pozulmasında təqsirli bilib. Komissiyanın qərarına əsasən, klub gəlirlərini süni şəkildə artırmaq və xərclərini 900 milyon funt-sterlinqdən çox azaltmaq üçün saxta kommersiya müqavilələrindən istifadə edib.