TƏBİB: 19 nəfər zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinə hospitalizasiya olunub

21.04.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 21-də saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın, 3 kişi) hospitalizasiya olunub.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью