TƏBİB: Ağcabədidə evdə qumbaranın partlaması nəticəsində xəsarət alanların vəziyyəti stabildir

03.02.2025

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 31-də Ağcabədidə evdə qumbaranın partlaması nəticəsində xəsarət alan iki nəfərin (qadın) müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, hazırda yaralıların vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Xatırladaq ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью