TƏBİB Ağdərədə baş vermiş qəzaya dair məlumat yaydı

08.07.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

TƏBİB Suqovuşan kəndi ərazisində baş vermiş qəzaya dair məlumat yayıb.

“Yeni Sabah” xəbər verir ki, xəsarət alan 6 nəfər (kişi) iyulun 7-si saat 21:40 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. pizza mizza

Pasiyentlərdən 2 nəfər Mingəçevir şəhərində, 1 nəfər isə Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə göndərişlə təmin olunub. 1 nəfər isə öz istəyi ilə tibbi xidmətdən imtina edib.

Hazırda 2 pasiyentin müalicəsi Tərtər Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Xatırlatma: Ağdərədə fəhlələri daşıyan mikroavtobus dərəyə aşıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью