TƏBİB bayram günlərində zəhərlənənlərin sayını açıqladı

03.01.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bayram günü, yəni dekabrın 31-də Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 6-si dəm qazı, 2-si allergik reaksiya, 1 nəfər isə botilizmlə zəhərlənib.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью