TƏBİB bu nazirliyə birləşdirildi FƏRMAN

19.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Prezident İlham Əliyev Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, Fərmanla "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Müəyyən edilir ki, publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsə keçir. TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşır. pizza hut

TƏBİB "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirir və onun Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı komissiya həyata keçirir.

TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью