TƏBİB də yeni təyinatlar FOTO

17.08.2026

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin yerində Beynəlxalq əlaqələr şöbəsi yaradılıb. Atilla-Turan Nuru oğlu Bayramov həmin şöbənin müdiri təyin edilib.

Müraciətlərlə iş departamenti isə İnzibati idarəetmə departamenti ilə birləşdirilib. İlham Həqiqət oğlu Hüseynov Müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsindən çıxarılıb. İnzibati idarəetmə və müraciətlərlə iş departamenti rəhbəri isə Elvin Fikrət oğlu Bayramovdur.

Eyni zamanda, Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Adışirin oğlu Mirzəbəyli vəzifəsindən azad edilib. Onun yerinə Elza Rafiq qızı Əfəndiyeva adıçəkilən departamentin rəhbəri təyin olunub.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью