TƏBİB dən Abşerondakı yanğınla bağlı açıqlama

22.08.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Bu gün saat 11:00 radələrində Abşeron Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, çağırış əsasında ilkin olaraq 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.

Qeyd olunub ki, əlavə məlumat veriləcək.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью