TƏBİB dən döyüldükdən sonra ölən Qəmbərlə bağlı AÇIQLAMA

05.06.2025

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyunun 3-də saat 12:40 radələrində 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxs arterial hipertenziya diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən cavab olaraq bildirilib.

Ona zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Daha sonra o, 04.06.2025-ci il tarixində yaxınları tərəfindən təkrar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona digər beyindaxili qansızma diaqnozu təyin edilib. Göstərilmiş bütün reanimasiyon tədbirlərə baxmayaraq 05.06.2025-ci il tarixində saat 14:40 radələrində ölüm faktı qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью