TƏBİB “Dr. Güllü” ilə bağlı MƏLUMAT YAYDI

06.05.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Zəhərlənmə şikayətləri ilə xəstəxanaya yerləşdirilən “Dr. Güllü” adı ilə tanınan və estetik həkim olaraq fəaliyyət göstərən Gülbadə Abdullayevanın son durumu açıqlanıb.

“Yeni Sabah”ın sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib ki, ötən gün 21:00 radələrində 1991-ci il təvəllüdlü şəxs (qadın) halsızlıq və ürək bulanması şikayətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:

“Tibb müəssisəsinin müvafiq şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib.Bir müddət sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”. Pepperoni pizza

Qeyd edək ki, onun sirkə turşusundan zəhərləndiyi bildirilib.

Xatırladaq ki, Gülbadə Abdullayevanın adı lisenziya və diplomu olmadan fəaliyyət göstərən həkimlər sırasında hallanırdı. Həmçinin, əməliyyat zamanı qeyri-etik hərəkətləri ilə cəmiyyətdə qınağa səbəb olmuşdu.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью