TƏBİB əməkdaşını bıçaqlayan keçmiş əri özünü də ÖLDÜRMƏK İSTƏDİ

07.10.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şirvanda keçmiş həyat yoldaşı, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxs intihara cəhd edib.

"Сebheinfo.az" APA-ya istinadən xəbər verir ki, oktyabrın 6-da keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vuran Şirvan sakini, 1986-cı il təvəllüdlü Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.

O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.

"Сebheinfo.az"

Qeyd edək ki, T. Qanbayev hadisəni törətdikdən sonra gizləndiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı.

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью