TƏBİB Gəncədə körpənin ölümünün ilkin səbəbini açıqlayıb YENİLƏNİB

02.07.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

TƏBİB Gəncədə körpənin ölmünün ilkin səbəbini açıqlayıb.

Qurumdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, iyunun 30-u saat 11:30 radələrində 2024-cü il təvəllüdlü şəxs (qadın ) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Serebral iflic xəstəliyi olan azyaşlının aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, törədicisi müəyyən olunmamış pnevmoniya, ağciyər-ürək çatışmazlığı səbəbindən 01.07.2026-cı il tarixində saat 23:50 radələrində bioloji ölüm faktı qeydə alınıb.

09:16

Gəncədə körpə yüksək hərarətdən ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon sakini təxminən 1 yaş 6 aylıq qız uşağı xəstəxanada vəfat edib.

Rayon sakini D. Murquzova ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalardan birinə gətirilib.

Onda ağır ürək və ağciyər çatışmazlığı əlamətləri olub.

Uşağa tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, D. Murquzovanın yüksək hərarəti olub.

Qeyd edək ki, dünyasını dəyişən qız serebral iflic xəstəsi olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью