Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gəncə, 10 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhərində dünən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində saat 20:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə 8 nəfər (7 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan yaralılara Akademik Z.Məmmədov adına xəstəxananın və A.Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində zəruri tibbi xidmətlər göstərilib. Hazırda 1 nəfərin (qadın) müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.