TƏBİB həkimləri bölgələrə cəlb EDİR

19.12.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Regionlarda tibbi xidmətlərin keyfiyyətini və çeşidini artırmaq məqsədilə “Mentor Klinika” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi paytaxt Bakı şəhərindəki xəstəxanaların növbə yüklərini azaltmaq, pasiyentlərin paytaxta axınının, ixtisaslı həkim çatışmazlığının qarşısını almaq, tibb heyətinin peşəkarlıq səviyyəsini yüksəltmək, regionda tibbi xidmətin çeşidini artırmaq və bunun nəticəsində müəssisələrin maliyyə potensialının gücləndirilməsini təmin etməkdir”.

Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

O bildirib ki, “Mentor Klinika” layihəsi çərçivəsində Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən 8 seçilmiş aparıcı xəstəxana mentor klinika statusu alıb. Onlar müəyyən edilmiş region xəstəxanalarına bilavasitə dəstək göstərirlər.
Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью