TƏBİB immunizasiya tədbirlərini davam etdirir

21.08.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 avqust, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən təsdiq edilmiş İmmunizasiya üzrə Tədbirlər Planı çərçivəsində ölkə üzrə avqustun 1–15-də 11 min 504 uşağa ümumilikdə 15 min 893 peyvənd tətbiq olunub.

Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, plan çərçivəsində ilkin səhiyyə müəssisələrində uşaqların immunizasiya statusunun qiymətləndirilməsi, peyvənddən kənarda qalmış və natamam immunizasiyalı uşaqların müəyyənləşdirilməsi, valideynlərin maarifləndirilməsi və uşaqların yaşına uyğun peyvəndlərlə immunizasiyasının tamamlanması istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd edək ki, immunizasiya prosesinə cəlb olunan tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə iyulun 15–31-də keçirilən təlimlərdə 1435 tibb işçisi iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью