Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda hazırda qrip virusunun yayılmasında artım müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, qrip virusu ştammı daim dəyişir. Bundan qorunmağın ən yaxşı yolu peyvənd olunmaqdır:
"Hazırda TƏBİB tabeli tibb müəssisələrində qriplə əlaqəli müraciətlər çoxdur. Amma onu da xüsusi vurğulamaq lazımdır ki, xəstəxanalarımızda bu günə qədər qrip səbəbindən səhhəti ağırlaşan pasiyent olmayıb".