TƏBİB in İcraçı direktoruna müşavir təyin edilib

08.09.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Maliyyə və sığorta sektorlarında 20 illik peşəkar və idarəetmə təcrübəsinə malik İnarə Vaqif qızı Mirhəsənova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənmə ilə başa vurub. Peşəkar fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar, strateji planlaşdırma və korporativ idarəetmə istiqamətlərində geniş təcrübə qazanıb. Karyerasının son 10 ilini PAŞA Qrupunda davam etdirərək Qrupun müxtəlif şirkətlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib. Yeni təyinatından əvvəl İnarə Mirhəsənova “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsində çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью