TƏBİB in Müşahidə Şurasının yeni sədri o oldu

08.04.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Müşahidə Şurasının tərkibi aşağıdakı kimi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Müşahidə Şurasının üzvləri:

Maliyyə nazirinin müavini;

Səhiyyə nazirinin müavini;

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;

Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri icra edib.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью