TƏBİB in sistemi günlərdir çöküb: Xəstələr çıxılmaz vəziyyətdə

08.10.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstər tibb müəssisələrində elektron sistemin işləməməsi vətəndaşların tibbi xidmət almasını çətinləşdirir.

“Cebheinfo.az” xəbər verir ki, mövcud sistemin çökməsi Xətai rayonundakı 38 saylı poliklinika, Abşeron Mərkəzi Xəstəxanası və Yeni Klinika da daxil olmaqla bir neçə müəssisədə müşahidə olunur.

Elektron sistemin işləməməsi səbəbindən pasiyentlərin qeydiyyatı, həkim qəbulunun rəsmiləşdirilməsi və digər tibbi xidmətlərlə bağlı prosedurlarda gecikmələr yaranır. Tibbi xidmət almaq üçün tibb müəssisələrinə müraciət edən vətəndaşlar əlavə vaxt itirir, növbələr uzanır və narazılıq artır.

Bildirək ki, problem yalnız TƏBİB-in tabeliyində olan müəssisələrlə də məhdudlaşmır. Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda da elektron sistemlə bağlı problem yaşanır.

Bir neçə tibb müəssisəsində eyni vaxtda sistemin işləməməsi isə məsələnin miqyası ilə bağlı ciddi suallar yaradır. Səhiyyə xidmətlərinin böyük hissəsinin elektron sistem üzərindən həyata keçirildiyi bir vaxtda sistemdə yaranan nasazlığın vətəndaşın həkim qəbuluna, qeydiyyatına və tibbi xidmətin rəsmiləşdirilməsinə mane olması çətin vəziyyət yaradır.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью