TƏBİB in tabeliyindəki qurumda KÜTLƏVİ İXTİSARLAR Nə baş verir?

11.09.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Sumqayıt şəhərində fəaliyyət göstərən tibb müəssisələrində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Moderator.az bildirir ki, Sumqayit24.az-a daxil olan məlumata görə, yoxlamaların nəticəsi olaraq bir sıra əməkdaşların işdən azad edilməsi ilə bağlı əmrlər verilib.

İşdən çıxarılan şəxslərin siyahısını təqdim edirik:

1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında:

- Poliklinika şöbəsinin müdiri Aynur Nizami qızı Məmmədova;

- Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində həkim Əliyev Şükür Məmməd oğlu ;

- Poliklinika şöbəsinin həkim-dermatoveneroloqu Elməddin Ağalar oğlu Əmrahov;

- Poliklinika şöbəsinin tibb bacısı Hicran Cəfər qızı Şahbazova ;

- Qeydiyyat bölməsinin müdiri Almaz Asif qızı Cəfərova;

- Qeydiyyat bölməsində qeydiyyatçı Qasımova İlahə Novruz qızı.

2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında:

- Poliklinika şöbəsinin müdiri Vüqar Hakim oğlu Sultanlı;

- Qeydiyyat bölməsinin müdiri Cəmilə Aslan qızı Qocayeva.

3 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında:

- Baş həkim Elçin Ələddin oğlu Quliyev ;

- Poliklinika şöbəsinin müdiri Natiq Sadıq oğlu Həsənov ;

- Poliklinika şöbəsinin həkim-kardioloqu Sevinc Ağadadaş qızı İsgəndərova ;

- Qeydiyyat bölməsində qeydiyyatçı Allahverdiyeva Rəfiqə İbrahim qızı.

4 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında:

- Poliklinika şöbəsinin həkim-psixiatrı Rəfail Əkbər oğlu Abdullayev.

Bundan əlavə, 2 nömrəli Şəhər Xəstəxanasının baş həkimi Arzu Bəndəliyevanın vəzifəsi dəyişdirilərək 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin müdiri təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью