TƏBİB Maştağada yaralanan şəxslərlə bağlı MƏLUMAT YAYDI

22.09.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Maştağada fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan 2 nəfərin vəziyyəti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a TƏBİB-dən məlumat verilib.

Məlumata görə, bu gün saat 01:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən çağırış daxil olub. Toyuqlu pizza

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Xəsarət alan 2 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Müxtəlif yanıq xəsarətləri alan şəxslərin müalicəsi hazırda Yanıq Mərkəzində davam etdirilir. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью