TƏBİB mediadan gələn bəzi sualları cavablandırmayıb Zamirə Ədilova

28.12.2024

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“2024-cü il ərzində TƏBİB-ə müxtəlif media subyektlərindən 2342 sorğu daxil olub”.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova jurnalistər üçün keçirilən təlimdə deyib.

O bildirib ki, sorğulardan 2277-si ( 97,2%) cavablandırılıb:

“Cavablandırılmayan sorğular isə TƏBİB-in səlahiyyətlərinə aid olmayan məqamlarla bağlı olub. Ötən müddət ərzində göndərilən sorğuların 65-i TƏBİB-in səlahiyyətlərinə aid olmayıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью